Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə gedib.
Səfər çərçivəsində C.Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.
Həmçinin, nazir Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini, Kahramanmaraşın mərkəzində fəaliyyət göstərən azərbaycanlı axtarış-xilasetmə qrupunu, Azərbaycanın səhra hospitalını və axtarma-xilasetmə yerlərini ziyarət edəcək.