MSK sədri: Bu seçkilər Zəfər seçkiləri oldu

 

Bu seçkilər Zəfər seçkiləri oldu.

Bunu Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri ilə əlaqədar iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, beynəlxalq hüquq tərəfindən tanınan bütün ərazilərimizdə ilk dəfə seçki keçirildi: “Azad edilmiş ərazilərdə səsvermə təşkil olundu. Bizim həm Laçın, həm Şuşa, həm də digər ərazilərimizdə daimi yaşayan vətəndaşlarımız və orada çalışanlar üçün şərait yaradıldı. Azad edilmiş ərazilərdə 26 məntəqə yaratmaq zərurəti ortaya çıxdı. Xüsusilə Xankəndi şəhərində məntəqənin yaradılması çox yüksək səviyyədə həyata keçirildi. Komissiyaların öz fəaliyyətini Seçki Məcəlləsinin tələbinə uyğun qurması üçün müvafiq şərait yaradıldı”.

2024-02-13 / 14:43
Facebook