Milli Məclis hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb

 

Bu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.

Azərbaycan Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edilib:

1.⁠ ⁠Fransaya qarşı sanksiyalar tətbiq edilsin.
2.⁠ ⁠Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.
3.⁠ ⁠Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.
4.⁠ ⁠Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.
5.⁠ ⁠Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.
6.⁠ ⁠Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.

Qeyd edək ki, Fransa Senatı Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Bildirilib ki, Azərbaycana qarşı ən sərt tədbirlər görülməlidir, ölkədən qaz və neft idxalına embarqo qoyulmalıdır.
2024-01-18 / 16:46
Facebook