Prezidentin köməkçisi: "Azərbaycan tar ifaçıları 30 illik ayrılıqdan sonra Qarabağa qayıdırlar"

 

Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın musiqi aləti tarla bağlı paylaşım edib.

O, “X” hesabında “Al Jazeera”nın Azərbaycan xalq musiqiçiləri ilə bağlı hazırladığı materiala istinadən qeyd edib ki, Azərbaycan tar ifaçıları 30 illik ayrılıqdan sonra Qarabağa qayıdırlar.

“Azərbaycan tarı uzun saplı, ənənəvi olaraq hazırlanır və Azərbaycan Respublikasında icmalarda ifa olunur. Tar və bu ənənə ilə bağlı bacarıqlar azərbaycanlıların mədəni kimliyinin formalaşmasında mühüm rol oynayır”, - Prezidentin köməkçisi bildirib.

2023-12-30 / 17:32
Facebook