COP29 gələn il Azərbaycanda keçiriləcək

 

İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP29 gələn il Azərbaycanda keçiriləcək.

Bu barədə qərar Dubayda COP28 çərçivəsində baş tutan plenar sessiyada elan olunub.

Hazırda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Hökuməti adından çıxış edir.

Nazir deyib ki, Azərbaycam hökuməti iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın vacibliyini başa düşür:

“Şərqi Avropa Qrupuna bizim namizədliyimizi dəstəklədiyinə görə təşəkkür edirik. Dayanıqlılıqla bağlı fəaliyyətimiz yalnız vədlərdən ibarət deyil, biz bu istiqamətdə işləyirik, ciddi addımlar atırıq.

Biz anlayırıq ki, iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə qlobal səviyyədə koordinasiyalı fəaliyyəti, birgə təşəbbüsləri tələb edir və biz bunun əhəmiyyətini anlayırıq”.

Nazir qeyd edib ki, Azərbaycan COP29-a ev sahibliyi edəcəyinə şaddır:

“Biz inanırıq ki, COP29 iqlim dəyişikliyi ilə effektiv mübarizədə ümidin, bu istiqamətdə göstərilən səylərin inkişafının simvolu olacaq".
2023-12-11 / 21:18
Facebook