AVRO-2024: Emin Mahmudovun İsveçə vurduğu qol seçmə mərhələnin ən yaxşısı adına namizəddir

 

UEFA AVRO-2024-ün seçmə mərhələsində ən yaxşı qolu müəyyənləşdirmək üçün səsverməyə start verib.

Siyahıda Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun dəqiq zərbəsi də yer alıb.

31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveçə uzaq məsafədən vurduğu qol siyahıya düşüb. Həmin qarşılaşmada yığmamız 3:0 hesablı qələbəyə sevinib.

Mahmudovla yanaşı, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, qazaxıstanlı Asxat Taqlbergen, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgün də namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermədən sonra bəlli olacaq. Emin Mahmudovun qolu IX turda ən yaxşı adına layiq görülüb.

2023-11-27 / 18:55
Facebook