Soltanlı kəndinin yenidən qurulması 5 minə yaxın insanın qayıtmasına şərait yaradacaq - Peter Siyarto

 

Macarıstan konsorsiumu Qarabağın Soltanlı kəndinin yenidən qurulmasına başlayır.

Bunu Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

"Macarıstan Qarabağla bağlı hər zaman dəqiq mövqedə olub. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Biz əvvəlcədən aydın şəkildə bildirmişdik ki, bərpa quruculuq işlərində iştirak etməkdən çox məmnun olarıq və uzun müzakirələrdən sonra razılığa gəldik. Macarıstan şirkəti Soltanlı kəndinin bərpası üçün konsorsium yaradaraq şirkətlərlə müqavilə bağlayıb. Biz Soltanlıda kəndin yenidən qurulmasına başlamaq və 5 minə yaxın insanın buraya qayıtması üçün təməlqoyma mərasimində iştirak etdik. Biz evlər, məktəblər, xəstəxanalar, sosial müəssisələr tikməyi planlaşdırırıq", - deyə o bildirib.

2023-11-25 / 10:18
Facebook