AFFA təxribatla bağlı UEFA-ya müraciət edəcək

 

AFFA Ermənistan və Xorvatiya yığmaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Bu barədə milli assosiasiyanın mətbuat katibi Elnur Məmmədli məlumat verib.

Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

2023-09-12 / 13:18
Facebook