İşğaldan azad olunmuş ərazilərdə tikinti və təmir işləri aparılan təhsil müəssisələrinin adları açıqlanıb

 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbində son tamamlanma işləri görülür.
Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı tamamlanma işləri aparılır.
Ağdam şəhəri 960 yerlik 1 nömrəli tam orta məktəbdə tikinti işləri davam edir.
Cəbrayıl şəhəri 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə sponsor dəstəyi ilə tikinti işləri aparılır.
Şuşa real məktəbində bərpa işlərinə hazırlıq gedir.
Həmçinin, Zəngilan şəhəri 960 yerlik tam orta məktəbi, Kəlbəcər şəhəri 960 yerlik tam orta məktəbi, Ağdam şəhəri 160 yerlik körpələr evi-uşaq bağçası və Füzuli Peşə Liseyində tikinti işlərinə hazırlıq görülür.
Qubadlı şəhəri 600 yerlik tam orta məktəbində layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaq.
Eyni zamanda, Ağdam şəhəri 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçası, Ağdam şəhəri 2 nömrəli 960 yerlik tam orta məktəbi və Zəngilan şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında tikintinin layihələndirilməsinə hazırlıq gedir.
2023-09-12 / 12:40
Facebook