Azərbaycan İsraildə səfirlik açır

 

Azərbaycanın İsraildə səfirliyi təsis edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

2022-11-18 / 16:40
Facebook