Maskalarla bağlı video müzakirə yaratdı

 

 

Maskalarla bağlı bu video müzakirə yaratdı

Koronavirus pandemiyasının yayıldığı ilk vaxtlardakı maska qıtlığı 2 yeni zavodun açılması ilə demək olar ki, öz həllini tapıb. 

Artıq vətəndaşlar apteklərdən istədikləri miqdarda maska əldə edə bilsələr də, məhsulun keyfiyyətindən razı deyillər. Belə ki, sosial şəbəkə istifadəçiləri yerli istehsal olan maskaların hələ istifadə edilmədən qulplarının qopduğunu, kəskin qoxu gəldiyini, xüsusilə qara maskaların keyfiyyətsiz olduğunu əks etdirən foto-videolar yayırlar. 

Bu kimi paylaşımlardan birini də aparıcı Fərid Rəsul (Gözəlov) edib. O, yayımladığı videoda aptekdən aldığı maskaların heç birinin ölçüsünün üzünə uyğun gəlmədiyini, standart ölçülərdən xeyli balaca olduğunu göstərib. 

Bəs maskaların standart ölçüsü necədir və balaca ölçülü maskalar istehsalat xətası sayılırmı?

Bu sualımıza Səhiyyə Nazirliyinin maskalarla bağlı ümumi təsnifatına əsasən cavab verə bilərik ki, maskaların istehlakçının konkret yaş qrupuna uyğun ölçülər üzrə bölgüsü mövcuddur:
 
• yenidoğulmuşlar və 5 yaşa qədər uşaqlar üçün maska – ölçüləri 12 x 7 sm təşkil edir;
 
• 5 yaşdan 14 yaşadək pasiyentlər üçün uşaq maskası – ölçüləri 14 x 8 sm təşkil edir;
 
• böyüklər üçün maska – ölçüləri 17 x 9,5 sm təşkil edir.

Bu təsnifata görə deyə bilərik ki, aparıcıya təqdim olunmuş maska elə azyaşlılar üçün nəzərdə tutulub. Ancaq bu zaman əczaçı aptekdə olan zaman müştəriyə bu barədə xəbərdarlıq etməli, maskanın neçə yaşlı şəxs üçün alındığı barədə sual verəndən sonra satışı həyata keçirməlidir. 

2020-07-10 / 15:02
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9915
Facebook