Zakir Həsənova yeni müavin təyin edildi

 

 

Zakir Həsənova yeni müavintəyin edildi

Müdafiə nazirinə yeni müavin təyin edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

General-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

2020-07-09 / 10:40
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9915
Facebook