Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi

 

Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb.

Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Report-a faktı təsdiqləyib.

2020-07-06 / 10:37
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9915
Facebook