Azərbaycan nefti bahalaşıb

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 23-də 18,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,13 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 16,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 17,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,57 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 16,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,09 dollar/barel çoxdur.

2020-04-24 / 13:25
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 2.0003
Facebook