Qazaxda sərhədçilərin döyüş fəaliyyəti yoxlanılıb

 

Dövlət Sər­həd Xidmətinin rəisi, gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelə­rində xidmət­də olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçi­rilib. 

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mü­ha­fizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması üzrə görülən təd­birlər nə­zərdən keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxu­nul­­mazlığının və şəxsi heyətin təh­­lü­kə­siz­liyinin təmin edil­məsi istiqa­mətin­də zəruri göstərişlər veril­ib. 

2020-04-09 / 18:20
Facebook