İranda koronavirusdan ölənlərin sayı artır

 

 

İranda Qum şəhərində bu gün daha iki nəfər koronavirusdan ölüb, 13 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin məsulu Kiyanuş Cihanpur bəyan edib.

Onun sözlərinə görə, bundan başqa biri həkim olmaqla, üç nəfərdə yoluxma qeydə alınıb.

İraq bu səbəbdən İran vətəndaşları üçün sərhəd qapılarını üç günlük bağlayıb.

İran Prezidenti Həsən Ruhaninin təlimatı ilə “Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi” yaradılıb.

Xatırladaq ki, fevralın 19-da İranda iki nəfər koronavirusdan ölüb. İran vətəndaşı olmuş bu şəxslər Qum şəhərində yaşayıblar.

2020-02-21 / 15:42
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8427
Facebook