Bakıya yeni taksi maşınları gətiriləcək - Yanacaqla yox, elektriklə işləyir

 

 

Bakıya yeni taksi avtomaşınları gətiriləcək.

Bu barədə Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən məlumat verib.

Ölkə başçısı onların nə vaxt gətiriləcəyi ilə maraqlanıb: “Mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb, yoxsa yox və yeni taksilər şəhərimizə nə vaxt gətiriləcək?”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib: “Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”.

2020-01-15 / 16:58
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8352
Facebook