Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

 

 

Nyu-York şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter”dəki səhifəsində bildirib.

2019-09-24 / 10:39
Facebook