Pilot Rəşad Atakişiyevlə vida mərasimi - FOTOLAR

 

Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi evinə gətirilib. 

Mərhumun yaxınları, pilot yoldaşları vida mərasimində iştirak etmək üçün onun Yeni Yasamaldakı evinin həyətinə toplaşıblar.
Rəsmi vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayacaq. Daha sonra pilotun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq. 

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb
2019-08-21 / 11:15
Facebook