Qatarların sürətinə məhdudiyyət qoyuldu

 

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının sürətinə məhdudiyyət qoyulub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Buna səbəb əlverişsiz hava şəraitidir. Belə ki, güclü yağış nəticəsində qatarların hərəkətində ləngimələr qeydə alınıb.

 

2019-08-09 / 12:10
Facebook