Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb (FOTO)

 

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

2019-08-08 / 11:47
Facebook