Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi - YENİLƏNİB

 

 

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb. 

Bununla bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bu gün günün ikinci yarısında E.Məmmədyarovun Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşü planlaşdırılıb. 

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür.

Bunu öz “Twitter” səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva yazıb.

“Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür”, - o bildirib.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

2019-06-20 / 11:39
Facebook