"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

 

 

Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi 1-ci mərhələdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-10-u, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək.

2019-06-18 / 17:54
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9142
Facebook