Qar uçqununa düşərək həlak olan hərbçimiz dəfn olunub

 
 
Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlu dəfn edilib.
Verilən məlumata görə, mərhum hərbçi Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. 
Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qar uçqununa düşərək həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı yadigar qalıb.
 
 
 
2019-04-25 / 13:21
Facebook