DİN, DTX və DSX birgə anti-narkotik əməliyyatı keçirdi

 

 

 

Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Uzuntəpə kənd sakini Ədil Baxşıyevin idarə etdiyi "VAZ 2107” markalı avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin salonuna baxış zamanı 1 kq heroin aşkarlanıb.

Onun yaşadığı mənzildən isə 7.375 kq heroin, 5.135 kq tiryək, 815 qr metanfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq, götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

2019-03-16 / 12:10
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9052
Facebook