“Çıraqqala” abidəsi bərpa ediləcək

 
 
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 milyon manatı Mədəniyyət Nazirliyinə ayrılıb.
2019-03-13 / 17:37
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9052
Facebook