Prezident İlham Əliyev: "Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını müsbət qarşılayır"

 

 

"Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır".

Bunu Prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edən zaman deyib. 

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb. 

2019-03-12 / 13:00
Facebook