Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

 

 

Martın 11-də Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Suez Groupe” şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.

2019-03-11 / 16:26
Facebook