Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu - Rob Sobhani

 

 

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu. Bunu  “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

O bildirib ki, birinci xanım Mehriban Əliyeva qısa müddət ərzində Azərbaycanın mədəniyyət və irs sahəsində imicini beynəlxalq arenada daha da yüksəldib: “Mehriban Əliyeva Azərbaycanın zəngin tarixi və mədəniyyətini Roma və Paris kimi dünyanın mədəni mərkəzlərində populyarlaşdırıb”.

R.Sobhani Birinci vitse-prezident Mehriban Əliyevanın sadə azərbaycanlıların həyatında əks olunan xeyirxahlığını xüsusi qeyd edib: “Mehriban Əliyeva nəinki Azərbaycanın birinci xanımıdır, həm də xeyirxah işlərdə birinci xanımdır. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı üçün Tanrının xeyir-duası oldu, çünki o, öz səlahiyyətlərindən Azərbaycanın vətəndaşlarının rifahı naminə istifadə edir”.

Baş direktor vurğulayıb ki, Mehriban Əliyeva bütün təfərrüatlara diqqət yetirir və vətəndaşların problemləri onun nəzərindən yayınmır:

“Bu da vacibdir ki, Mehriban xanım öz səlahiyyətləri çərçivəsində nazir və digər vəzifəli şəxslərin diqqətini istər Bakıda, istər Gəncədə, istərsə də Lənkəranda vətəndaşların problemlərinə daha sıx yönəldə bilər. Azərbaycan xalqı Birinci vitse-prezidenti ilə fəxr edə bilər, çünki Mehriban Əliyeva Azərbaycanın adını bütün dünyada daha da ucaldıb. Bu gün Mehriban Əliyevanın sayəsində Fransa və İtaliyada Azərbaycan mədəniyyətinin zəngin tarixi ilə daha yaxından tanışdırlar”.

Ekspertin sözlərinə görə, daha bir vacib amil odur ki, Mehriban Əliyeva qadın sahibkarların məsələlərinə böyük diqqət ayırır, onlara öz bizneslərini yaratmağa və Azərbaycanın iqtisadi artımının təmin olunmasında bərabərhüquqlu iştirakçı olmağa kömək edir:

“Qeyd etmək lazımdır ki, Mehriban Əliyevanın elm sahəsinə diqqəti də Azərbaycan xalqı üçün vacibdir, çünki bu, bilik mübadiləsinə və bu biliklərin ölkədə, məsələn, müasir xəstəxanaların tikintisi sahəsində tətbiq olunmasına imkan verir”.

2019-02-21 / 15:08
AZERBAIJAN REALITIES MULTIMEDIA
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9288
Facebook