Ukraynalı ailənin həyatını xilas edən soydaşlarımız xüsusi mükafatla təltif edilib

 

Azərbaycanın Ukraynadakı Səfirliyi soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını ukraynalı ailənin həyatını xilas edərkən göstərdikləri şücaət və qəhrəmanlığa görə xüsusi mükafatla təltif edib.

Səfirlikdən  verilən məlumata görə, bununla bağlı səfirlikdə keçirilən görüşdə çıxış edən səfirliyin müşaviri Vüsal Süleymanov bildirib ki, Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas edən soydaşlarımızın qəhrəmanlığını bütün Ukrayna cəmiyyəti rəğbətlə qarşılayıb, yerli mətbuat geniş işıqlandırıb:

“Bu ənənə onu göstərir ki, xalqımız tarixən qəhrəmanlıqları ilə seçiliblər. Öz həyatınızı riskə ataraq azyaşlı uşağı və valideynləri xilas etməklə Azərbaycan xalqının necə humanist, tolerant və qəhrəman olduğunu bir daha dünyaya nümayiş etdirdiniz”.

Göstərdikləri diqqətə görə, səfirliyə təşəkkürünü bildirən U.Şirinov qeyd edib ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq əməlləri ilə dövlətinin, xalqının başını uca tutmalıdır. Dövlətimizin dünyada yaşayan soydaşlarımıza diqqəti azərbaycanlıların fəaliyyətinə xüsusi stimul verir.

2019-01-29 / 14:03
AZERBAIJAN REALITIES MULTIMEDIA
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9295