• flag
  • Dmitri Kiselyov: Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir

     

     

    Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda yox, həm də daha geniş regionda sülh amilidir.

    Verilən məlumata görə, bunu rusiyalı teleaparıcı Dmitri Kiselyov deyib.

    O bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı səmərəli və konstruktiv strateji münasibətlərin qurulmasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vacib töhfə verib:

    “Mənə elə gəlir ki, o, sağlam əsas qoyub. Heydər Əliyevin ideyası Rusiya-Azərbaycan-İran üçbucağının yaradılması və bu üçbucağın balanslaşdırılmış olması idi”.

    D.Kiselyov əlavə edib ki, Prezident İlham Əliyev bu baxımdan atasının siyasi xəttini davam etdirir: “Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada inamlı hiss edir, ölkə daxilində isə sabit və balanslı cəmiyyət yaşayır”.

    2018-12-11 / 14:38
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7
    EUR 1.935