ABŞ-ın Corc Vaşinqton Universiteti BANM ilə birgə layihə meneceri hazırlayır

 

 

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (“STRATEX”) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbi (SPM) mütəxəssis hazırlığını uğurla davam etdirir. BANM ilə birgə əməkdaşlıq çərçivəsində bu layihənin Bakıda artıq 100-dən çox məzunu var. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Layihə İdarəetmə Məktəbinin məqsədi layihə menecmenti üzrə təhsil almaq istəyən, lakin xaricdə təhsil almağa vaxtı və imkanı olmayanlara Bakıda bu sahə üzrə dərin biliklərə yiyələnmələrinə şərait yaratmaqdır. Proqramı uğurla başa vuran iştirakçılar sonda Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. Bundan başqa, proqram üzrə tədris edilən hər bir modul (təlim) üzrə də Corc Vaşinqton Universitetinin sertifikatları təqdim edilir.

“Layihə İdarəetmə Məktəbi karyera qurmaq istəyənlər, iddialı mütəxəssislər üçün böyük şansdır”, - deyə Layihə İdarəetmə Məktəbinin proqram meneceri Nərmin Əhmədova bildirib.

Magistr proqramı “STRATEX” şirkəti tərəfindən xüsusi seçilmiş təlimçilər tərəfindən tədris edilir.

2018-11-22 / 11:35
Facebook