• flag
  • Ankarada “Son iclas” filminin qala gecəsi təşkil ediləcək

     

     

    Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə “Son iclas” filminin nümayişi keçiriləcək.

    Rəsmi şəxslər, diplomatlar, Ankarada fəaliyyət göstərən diplomatik təşkilatların rəhbərləri və əməkdaşları, Türkiyə ictimaiyyətinin görkəmli simaları, o cümlədən elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri qala gecəyə dəvət olunublar.

    Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün ərsəyə gətirilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

    Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.

    2018-10-22 / 13:06
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9340