• flag
  • Azərbaycanda yeni internet-radio platforması işə salınacaq

    radio_tv

    Bu ilin dekabr ayında KATV1 kabel TV operatorunun “Myvideo” internet saytında yeni radioyayım platformasının anons ediləcəyi gözlənilir.

    Bunu “Myvideo” layihəsinin rəhbəri Əli Əliyev deyib.

    Onun sözlərinə görə, hazırda platformanın təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

    “Myvideo” radioyayım platformasında bütün yerli radiokanallar, eləcə də beynəlxalq populyar platformalar yer alacaq.

    Bundan başqa, “Myvideo” media-platformasındakı daha bir yenilik monitorinq sistemi olacaq. Bu sistem vasitəsiə telekanallar hansı verilişlərin və layihələrin daha populyar olduğunu müəyyən edəcək.

    2017-10-18 / 14:41
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070