İspaniyanın “La Razon” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib

15081278633839036580_1000x669

İspaniyanın böyük oxuyucu kütləsinə malik nəşrlərindən biri olan “La Razon” qəzetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə ölkəmizin 1991-ci ildə müstəqillik əldə etməsinə baxmayaraq, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Ulu Öndərin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində qısa müddətdə bütün sahələrdə böyük uğurlar qazandığı, hazırda bu siyasətin Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunur.

Eyni zamanda, son illərdə ölkəmizin bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi barədə məlumat verilir, iqtisadi, ictimai-siyasi və mədəni-humanitar sahələrdə qazanılmış nailiyyətlər qeyd olunur. Bu baxımdan Prezident İlham Əliyevin bütün sahələrə göstərdiyi xüsusi diqqəti və dəstəyi önə çəkilir. Həmçinin “Qarabağ” futbol klubunun bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması təqdirəlayiq hal kimi qeyd olunur. “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu xüsusi vurğulanır.

Məqalədə Azərbaycanın regionun iqtisadiyyatında öz dinamikliyi ilə seçildiyi, “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması və bır sıra digər irimiqyaslı layihələrin həyata keçirilməsi ilə ölkəmizin dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevrildiyi bildirilir.

2017-10-16 / 09:30
Facebook