Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb

15065830154317926806_1000x669

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.

Departamentdən bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 millimetr olub.

Qar örtüyünün hündürlüyü Qubanın Qırız kəndində 11, Xınalıqda 13, Qusarda - Şahdağda 5 və Ləzədə 2 santimetr təşkil edib.

2017-09-28 / 11:20
Facebook