Bakıda TAIEX proqramı çərçivəsində beynəlxalq seminar keçirilir

1506582822845231939_1000x669

Sentyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, bu qurumun müvafiq struktur bölmə rəhbərləri, təhsil nazirinin müşaviri Həsən Həsənli, Rumıniya, Sloveniya, Çexiya Təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, İngiltərənin Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Kristina Dobrota, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və onların müavinləri iştirak ediblər.

İkigünlük seminarın keçirilməsinin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdir.

Tədbirdə çıxış edən M.Vəliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən bəhs edib. BŞTİ-nin müdiri təhsilin inkişafı üçün təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, səmərəli məktəb idarəetməsi modelinin yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir göstərən işlərin həyata keçirilməsi mühüm amillərdəndir.

2017-09-28 / 11:18
Facebook