İyulda Türkiyə Azərbaycandan 541 milyon kubmetr təbii qaz idxal edib

1506326161231313214_1000x669

Bu ilin iyul ayında Türkiyə Azərbaycandan 541 milyon kubmetr təbii qaz idxal edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Ümumilikdə cari ilin yanvar-iyul aylarında isə Azərbaycandan Türkiyəyə 3 milyard 884,71 milyon kubmetr təbii qaz ixrac olunub. Cari ilin iyununda Türkiyə Azərbaycandan 575,05 milyon kubmetr təbii qaz idxal etmişdi.

İyulda Türkiyə boru kəmərləri ilə ümumilikdə 3 milyard 739 milyon kubmetr, LNG terminalları vasitəsilə isə 396 milyon kubmetr təbii qaz idxal edib.

2017-09-25 / 12:04
Facebook