Azərbaycan gimnastı dünya kubokunda qızıl medala sahib olub

15051368714528660811_1000x669

Kişi və qadın idman gimnastikası üzrə Macarıstanın Sombatxey şəhərində keçirilən dünya çempionatı öncəsi “Challenge” seriyasına aid sonuncu dünya kuboku mərhələsində Azərbaycan təmsilçisi Marina Nekrasova ilk dəfə olaraq qızıl medala layiq görülüb. Dayaqlı tullanma hərəkətləri üzrə təsnifat mərhələsindən 3-cü yerlə finala keçən komandamızın lideri final çıxışını daha da mükəməlləşdirərək qələbə qazanıb.

Marina növbəti final çıxışını isə gimnastika tirində icra edərək, 8-ci yerlə kifayətlənib.

Turnirdə digər təmsilçilərimiz Yuliya İnşına, Yekaterina Tişkova, Murad Ağarzayev və Bence Talas arasında isə ən yaxşı nəticəni dayaqlı tullanma üzrə final mərhələsində medalın bir addımlığında qərarlaşan Yuliya göstərib.

2017-09-11 / 17:37
Facebook