Məşhur kikboksçu Zabit Səmədov revanş döyüşündə hollandiyalı rəqibini məğlub edib

15035556365083923272_1000x669

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda tanınmış idmançımız, kikboksçu Zabit Səmədov ilə hollandiyalı Errol Tsimmerman arasında revanş görüşü keçirilib.

Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilmiş beynəlxalq turnir çərçivəsində təşkil edilən döyüşdə Z.Səmədov “Sümükqıran” ləqəbli rəqibi üzərində qələbə qazanıb.

2008-ci ildə K-1 idmanı üzrə keçirilmiş yarışda hakimlər qələbəni minimal xal üstünlüyü ilə Hollandiya idmançısına vermişdi.

Bu görüşədək aktivində 107 döyüş olan Zabit Səmədov onlardan 97-də qələbə qazanıb, bir qarşılaşmada isə heç-heçə edib.

2017-08-24 / 11:29
Facebook