Heydər Əliyevin hakimiyyətinin birinci dövrü ən yeni tariximizin dönüş mərhələsinin başlanğıcıdır

1500098698289897319_1000x669

48 il bundan əvvəl, 1969-cu il iyulun 14-də ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən olan Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başlayıb.

Bu barədə ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə YAP Şəmkir rayon təşkilatının Dəllər-Cırdaxan kənd ərazi ilk partiya təşkilatında keçirdiyi tədbirdə danışılıb.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbiri açaraq bildirib ki, Ulu Öndərin 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı olub. Bu gün müasir Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplər məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılıb.

Regional Qeyri-Hökumət Təşkilatının sədri Fuad Bədəlov isə qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan qısa zamanda ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir respublikalar sırasına daxil oldu. Ulu Öndərin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı.

Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyevin inkişaf strategiyası Azərbaycanın uzunmüddətli inkişaf proqramıdır. Bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2017-07-15 / 11:10
Facebook