Türkiyənin bir qrup zabit heyətinin Azərbaycana səfəri başa çatıb

15000294806004042826_1000x669

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakıda olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama əsasən, Bakıda səfərdə olan qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət ediblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Azərbaycan Xalça Muzeyinə baş çəkərək burada toplanan zəngin sənət nümunələri ilə tanış olublar.

Qonaqlar xalqımızın zəngin mədəni irsi, Bakının qədim tarixi abidələri haqqında məlumatlandırılıb, son illər paytaxtımızda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Ongünlük səfər çərçivəsində Bakıda, Gəncədə, Şəkidə və Göygöldə olan türkiyəli zabitlər və onların ailə üzvləri xoş təəssüratlarla vətənə qayıdıblar.

2017-07-14 / 17:30
Facebook