Avropa Azərbaycan Cəmiyyətinin fəalları Londonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

14996764024593655239_1000x669

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində dinc sakinlərin qətlə yetirilməsinə etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, iyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilən və qana bulaşan müqəvva yerləşdiriblər.

Bu rəmzi aksiyanı diaspora üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinləri - iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin qətlə yetirilməsi ilə əlaqələndiriblər.

Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunan “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Ermənilərin mənfurcasına törətdikləri bu vəhşilik Böyük Britaniyanın, Fransanın, Belçikanın qanunverici orqanlarının və Avropa Parlamentinin üzvləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.

Bu insan faciəsi Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini bir daha göstərir.

2017-07-10 / 14:11
Facebook