Ceyms Tomson: ABŞ hökuməti Alxanlıda qətlə yetirilən 2 yaşlı Zəhranın və nənəsinin yaxınlarının kədərini paylaşır

14993496554782762991_1000x669

İki yaşlı Zəhranın, onun nənəsinin qətlə yetirilməsi və digər kənd sakininin yaralanması çox təəssüfedici haldır və ABŞ hökuməti bu ailələrin kədərini paylaşır.

Bu sözləri ABŞ-ın ölkəmizdəki səfirliyinin hərbi attaşesi Ceyms Tomson deyib.

ABŞ rəsmisi regiona sülhü gətirmək üçün münaqişənin sülh yolu ilə həllinin ən ideal seçim olduğunu bildirib: “Mən Azərbaycan hökumətinə təşəkkür etmək istəyirəm ki, bizim Alxanlıya səfərimizi təşkil etdi. Biz burada yaranmış vəziyyətlə tanış olduq”.

Qeyd edək ki, Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 6-da Füzuli rayonunun Alxanlı kəndinə səfər ediblər. Onlar iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva (Quliyeva) Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın qətlə yetirildikləri hadisə yeri ilə tanış olublar. Həmçinin yaralı Quliyeva Səlminaza baş çəkiblər.

Səfər Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

2017-07-07 / 11:40
Facebook