Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Şəkidə vətəndaşlarla görüşəcək

14991489691887927834_1000x669

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 12.30-da Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Şəki rayonunda (024) 2448790, Oğuz rayonunda (024) 2152999, Qəbələ rayonunda (024) 2052599, Qax rayonunda (024) 2552980, Zaqatala rayonunda (024) 2252999, Balakən rayonunda (024) 2951700 nömrəli telefonlara zəng etmək mümkündür.

2017-07-04 / 11:28
Facebook