Özbəkistana Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin üzvü olmaq təklif edilib


1495769969837214743_1000x669

Daşkənddə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TBND) və Qazaxıstanın dəniz limanları” adlı “dəyirmi masa” keçirilib.

Tədbirdə dəhlizin önəmi haqqında ətraflı söhbət açılıb. Vurğulanıb ki, Çinlə Avropa arasında etibarlı dəhliz olan bu marşrut üzv dövlətlərin hamısı üçün böyük əhəmiyyətə malikdir.

“Dəyirmi masa”da Özbəkistana Nəqliyyat dəhlizinin üzvü olmaq təklif edilib.

Bildirilib ki, dəhlizin logistik infrastrukturu 10 min kilometr dəmiryol şəbəkəsini, 10 dəniz limanını özündə birləşdirir.

Çin, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Rumıniya TBND-nin üzvləridir.

Xatırladaq ki, 2016-cı ilin dekabr ayında TBND-nin İnkişaf üzrə Əlaqələndirmə Komitəsi “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” adlı Assosiasiya yaradıb və bu qurumun qərargahı Astanada yerləşir.

2017-05-26 / 09:43
Facebook