Sahil Babayev: Qeyri-neft sektorundakı inkişafın davamlılığında maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır

 

Azərbaycan iqtisadiyyatında ciddi transformasiya baş verir.

Bu sözləri maliyyə naziri Sahil Babayev iyulun 2-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes-forumunda deyib.

Nazir bildirib ki, ötən ilin yekunlarına görə, iqtisadiyyatın 71 faizini qeyri-neft sektoru təşkil edir: “Neft iqtisadi inkişafın əsas drayverlərindən biri olaraq qalsa da, qeyri-neft sektoru da geniş spektr üzrə sürətlə inkişaf edir. Bu inkişafın davamlılığının təmin olunmasında maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır”.

"Bugünkü biznes-forumda biznes, dövlət və bank sektorunun 170-dən çox nümayəndəsi iştirak edir. Tədbirdə Azərbaycanın 60-dan çox özəl şirkətinin, 20-dən çox xarici şirkətin, həmçinin bir sıra dövlət şirkətlərinin nümayəndələri təmsil olunurlar”, - deyə Sahil Babayev qeyd edib.

2026-07-02 / 12:33
Facebook