Daha bir itkin-şəhidin dəfn mərasimi olacaq

 

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha bir nəfər itkin-şəhidin dəfn mərasiminə dair məlumat yayıb.

Dövlət Komissiyasından bildirilib ki, iyulun 18-də Məzahir Xalıq oğlu Kərimov Xaçmaz rayonu, Usta Cəlilli kənd qəbiristanlığında dəfn ediləcək.

2025-07-16 / 20:36
Facebook