KOBİA: Azərbaycan-Vyetnam biznes şurasının ilk iclasının keçirilməsi tarixi hadisədir

 

Azərbaycan-Vyetnam biznes şurasının ilk iclasının keçirilməsi tarixi hadisədir.

Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Vyetnam biznes şurasının Hanoyda keçirilən ilk iclasını şərh edərkən deyib.

O.Məmmədov biznes şurasının Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayda Azərbaycana səfəri zamanı vyetnamlı tərəfdaşlarla imzalanan sənədə əsasən yaradıldığını deyib. Şuranın ilk iclasında neft-qaz, kənd təsərrüfatı, qida, tekstil, turizm və digər sahələr üzər Azərbaycan 15, Vyetnamdan isə 50-dən çox iş adamının iştirak etdiyini bildirən KOBİA-nın İdarə Heyətinin sədri əlavə edib ki, iki ölkənin sahibkarları arasında əməkdaşlıq üçün böyük potensial var. Vyetnamdan olan iş adamları ötən il və bu il Azərbaycanda səfərdə olublar, Bakı KOB Evini ziyarət ediblər.

Biznes şurasının ilk iclası ilə yanaşı, Azərbaycan-Vyetnam biznes forumunun da keçirildiyini bildirən O.Məmmədov tədbir çərçivəsində əməkdaşlığa dair bir neçə sənəd imzalandığını deyib. O əlavə edib ki, iş adamları arasında sıx əlaqələr iki ölkənin iqtisadi-ticari əlaqələrinə töhfə verəcək.

2025-07-16 / 20:26
Facebook