Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

 

Mayın 22-də Miqrasiya Orqanları Rəhbərləri Şurasına üzv dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının yüksək vəzifəli şəxslərinin rəhbərlik etdikləri nümayəndə heyətləri, o cümlədən MDB-nin müvafiq qurumlarının və Avrasiya İqtisadi Komissiyasının təmsilçiləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan Agentlik sədrinin müavini Ceyhun Salmanov müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "ABAD" publik hüquqi şəxsin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.

2025-05-23 / 13:16
Facebook